Milli Məclisin bitərəf deputatlarının MSK-ya namizədləri və əvəzedici namizəd müəyyənləşib

Milli Məclisin bitərəf deputatlarının MSK-ya  namizədləri və əvəzedici namizəd müəyyənləşib
# 22 aprel 2021 11:02 (UTC +04:00)

Bu gün Milli Məclisin bitərəf deputatlarının iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatları Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil olunacaq 6 namizədini müəyyənləşdirilib.

APA-nın məlumatına görə, Milli Məclisin bitərəf deputatlarının MSK-ya namizədləri aşağıdakılardır:

1. Arifə Muxtarova

2. Qabil Orucov

3. Fuad Cavadov

4. Nizami Nadirxanlı

5. İlham Məmmədov

6. Nailə Əsgərova

Aydın Muradov isə əvəzedici namizəd kimi təqdim edilib.

Qeyd edək ki, VI çağırış Milli Məclisdə 45 bitərəf deputat təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR