Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri seçilib

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri seçilib
# 24 aprel 2020 17:49 (UTC +04:00)

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri seçilib.

APA-nın məlumatına görə, Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Aşağıda qeyd olunan millət vəkilləri işçi qruplarının rəhbərləri seçilib:

Səməd Seyidov - Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri

Nurlan Həsənov - Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri

Cavanşir Feyziyev - Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri

Siyavuş Novruzov - Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri

Soltan Məmmədov - Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri

Azər Kərimli - Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri

Sevil Mikayılova - Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri

Arzu Nağıyev - Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri

Vasif Talıbov - Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri

Rafailov Anatoliy - Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri

Tural Gəncəliyev - Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri

Nizami Səfərov - Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri

Əhliman Əmiraslanov - Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri

Digər parlamentlərarası əlaqələr üzrə işçi qruplarına da rəhbərlər seçilib.

Qeyd edək ki, Milli Məclisin iclasında ümumilikdə 82 parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbər seçkisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR