Məzahir Pənahov: “Sosial şəbəkələr bizim üçün çox əsaslı mənbədir”

Məzahir Pənahov: “Sosial şəbəkələr bizim üçün çox əsaslı mənbədir”
# 17 fevral 2020 17:13 (UTC +04:00)

“Biz sosial şəbəkələrin köməyini nümayiş etdirmək istəyirik ki, gələcəkdə də bu təcrübədən istifadə edək”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərin hamısına baxılır: “Biz o maraqda deyilik ki, sosial şəbəkələrdə yayılan görüntülərə göz yumaq. Əksinə, biz ictimaiyyətə təqdim etmək istəyirik ki, sosial şəbəkələrin imkanlarından yararlanırıq. Sosial şəbəkələrin hesabına seçkilər yaxşı keçib. Sosial şəbəkələr olmasaydı, 98% məntəqədə seçkilər yaxşı şəkildə keçməzdi. Sosial şəbəkələr bizim üçün çox əsaslı mənbədir. Burada yayılan görüntüləri nəzərə alacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR