Naxçıvan MR “ASAN xidmət”ə direktor təyin edilib

 Naxçıvan MR “ASAN xidmət”ə direktor təyin edilib
# 05 may 2021 15:52 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 5-də Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinə direktor təyin edilməsi haqqında Sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Sərəncama əsasən, Tural Akim oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinin direktoru təyin edilib.

Qeyd edək ki, Tural Əliyev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində Ümumi şöbənin müdiri vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR