Növbədənkənar seçkilərlə əlaqədar 5387600 ədəd bülleten çap ediləcək

Növbədənkənar seçkilərlə əlaqədar 5387600 ədəd bülleten çap ediləcək
# 04 yanvar 2020 12:20 (UTC +04:00)

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası müzakirə olunub.

APA-nın xəbərinə görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

Məsələ səsəverməyə çıxarılıb və 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası təsdiqlənib. Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR