Ödənişsiz psixoloji yardımla bağlı normativ hüquqi aktlarda dəyişiklik edilib

Ödənişsiz psixoloji yardımla bağlı normativ hüquqi aktlarda dəyişiklik edilib
# 20 oktyabr 2020 19:37 (UTC +04:00)

Ödənişsiz psixoloji yardımla bağlı normativ hüquqi aktlarda dəyişiklik edilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin Əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara, məcburi köçkünlərə, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda olan qocalara, uşaqlara, aztəminatlı və ailə başçısını itirmiş şəxslərə, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara, İİV-lə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərə, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorlara tibbi və sağlamlıq imkanları məhdud uşaqlara tibbi, defektoloji və psixoloji yardımın (xidmətin) göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il 7 mart tarixli 37 nömrəli və “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarlarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Nazirlər Kabinetinin həmin dəyişikliklərlə bağlı izahına əsasən, “Psixoloji yardım haqqında” Qanunun 6.5-ci maddəsinə müvafiq olaraq “Ödənişsiz psixoloji yardımın göstərilməsi qaydası və şərtləri”nin təsdiq edilməsi haqqında 17 oktyabr 2020-ci il tarixli 398 nömrəli Qərarına uyğun olaraq:

-“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmətə götürülmüş şəxslərin (ailələrin);

-fövqəladə hadisə zamanı zərər çəkmiş şəxslər, onların ailə üzvləri, habelə fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin;

- kollektiv müqavilədə nəzərdə tutulduğu hallarda Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş peşə fəaliyyəti yüksək təhlükə mənbəyi ilə bağlı olan şəxslərin;

-“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin;

- “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq insan alverinin qurbanı olmuş şəxslərin;

- Bu qaydada göstərilən şəxslərlə yanaşı, digər şəxslərin də ödənişsiz psixoloji yardım almaq hüququ müəyyən edilib.

Buna əsasən Nazirlər Kabinetinin müvafiq Qərarlarında dəyişiklik edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR