Prezident İlham Əliyev Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırıb

Prezident İlham Əliyev Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırıb
# 17 noyabr 2020 14:11 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıla səfər zamanı Xudafərin körpüsünə baş çəkiblər.

APA xəbər verir ki, Prezident İlham Əliyev Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.

Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsi idi.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Araz çayının sahilini gəziblər, Xudafərin körpüsünün önündə xatirə şəkilləri çəkdiriblər.

Daha sonra dövlətimizin başçısı və birinci xanım Cəbrayıl şəhərinə yola düşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR