Seçkiləri müşahidə etmək üçün MSK-ya müraciət edənlərin hamısı qeydə alınıb

Seçkiləri müşahidə etmək üçün MSK-ya müraciət edənlərin hamısı qeydə alınıb
# 31 yanvar 2020 18:46 (UTC +04:00)

Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün 4264 nəfər Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Bu barədə APA-ya MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.

Ş. Əsədli deyib ki, müraciət edənlərin hamısı qeydə alınıb.

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilərlə bağlı bütün seçki dairələrində müşahidə aparılması üçün MSK-ya müraciət 2020-ci il yanvarın 30-dək olan dövrü əhatə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR