Siyavuş Novruzov: “Özləri ABŞ-da hüquq-mühafizə orqanlarının tələblərinə ikiqat tabe olurlar, burda isə insanların küçəyə çıxmasını istəyirlər”

Siyavuş Novruzov: “Özləri ABŞ-da hüquq-mühafizə orqanlarının tələblərinə ikiqat tabe olurlar, burda isə insanların küçəyə çıxmasını istəyirlər”
# 09 aprel 2020 13:43 (UTC +04:00)

“Sevinc Osmanqızı və Cəmil Həsənli utanmasa, deyər ki, koronaviorusu Azərbaycan yaradıb. Bu gün o insanların yaşadığı ABŞ koronavirusdan ölümə görə dünyada ikinci yerdədir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, onlar özləri xaricdə oturub evdən çölə çıxa bilmirlər: “Onlar orada hüquq-mühafizə orqanlarının tələblərinə ikiqat tabe olurlar. Ancaq Azərbaycanda istəyirlər ki, insanlar küçəyə çıxsın, daha çox virusa yoluxsun, daha çox insan ölsün. İlana ağı verən Əli Kərimli və Milli Şura var. Digər tərəfdən, görülən hər bir yaxşı işə pis don geyindirməyə onlar nə qədər davam edəcək? Bu gün biz onların hər birini ifşa etməliyik. Onların apardığı siyasət bu gün Azərbaycan xalqının və dövlətinin əleyhinədir. Onlar bu gün iqtidara müxalif deyillər, dövlətə müxalifdirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR