Vətən Müharibəsində qələbə münasibətilə ordenlər və medallar təsis ediləcək - TƏSVİRLƏR

Vətən Müharibəsində qələbə münasibətilə ordenlər və medallar təsis ediləcək - TƏSVİRLƏR
# 20 noyabr 2020 09:47 (UTC +04:00)

Azərbaycanda yeni medallar və ordenlər təsis ediləcək.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə bununla bağlı qanun layihəsi daxil edilib.

"Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi bu gün birinci oxunuşda müzakirəyə çıxarılacaq.

"Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının hansı ordenlər və medalların təsis ediləcəyi də məlum olub. Layihəyə əsasən, "Vətən Müharibəsində qələbə münasibətilə” “Zəfər” və “Qarabağ” ordenləri təsis olunacaq. Eyni zamanda “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR