Azərbaycan Prezidentinin köməkçisi Ermənistanın sərhəddə törətdiyi pozuculuq hərəkətlərinə münasibət bildirib - VİDEO

Məhərrəm Əliyev

© APA | Məhərrəm Əliyev

# 10 may 2021 10:59 (UTC +04:00)

“Bu gün sərhədçilər Zəngilan və Qubadlıda üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirirlər. Onlar üçün şərait yaradılır, qarşıya çıxan çatışmazlıqlar aradan qaldırılır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev bu günlərdə Ermənistanla sərhəddə yerləşən hərbi hissələrə səfərlə bağlı bildirib.

M. Əliyev Ermənistan tərəfinin sərhəddə törətdiyi pozuculuq hərəkətlərinə də münasibət bildirib. “Azərbaycan xalqının bəlkə də ən böyük bəlalarından biri odur ki, erməni kimi təcavüzkar düşməni var. Hər halda onlar daim aranı qatışdırmağa çalışacaqlar ki, müəyyən narazılıqlar yaratsınlar. Lakin Azərbaycan da möhkəmlənməkdədir. Bu gün dövlətimiz qüvvətlidir, güclüdür. Ən əsası odur ki, dövlətimizin başçısı İlham Əliyev bu məsələlərdə ən yüksək, ən keyfiyyətli işləri görür”, - deyə M. Əliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR