®Deputatlığa namizəd İqbal Ağazadə Şıxlinski küçəsində seçicilərlə görüşüb

®Deputatlığa namizəd İqbal Ağazadə Şıxlinski küçəsində seçicilərlə görüşüb
# 23 yanvar 2020 23:54 (UTC +04:00)

Yanvarın 23-də Xətai 35 saylı 3-cü seçki dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadənin Bakının Xətai rayonundakı Şıxlınski küçəsi 57 ünvanında yaşayan sakinlərlə görüşü keçirilib.

Axşam saatlarında açıq hava şəraitində baş tutan görüşdə yüzlərlə seçici iştirak edib.

Havanın soyuqluğuna baxmayaraq, əvvəlki görüşlərdə olduğu kimi yenə izdiham müşahidə olunub. Deputatlığa namizəd çıxış edərək seçicilərin məhəllə problemlərinə, eləcə də ölkə səviyyəsindəki problemlərə toxunub. Daha sonra sakinlər İqbal Ağazadəyə ötən seçkilərdə olduğu kimi bu parlament seçkilərində də dəstək verəcəklərini ifadə ediblər.

Deputatlığa namizəd də öz növbəsində ona açıq dəstək ifadə edən seçicilərə öz təşəkkürünü bildirib və onları fevralın 9-da hamılıqla səsvermə məntəqələrinə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR