® Vüsalə Muradovadan məktub - Bu video xoş duyğularla izlənilir

® Vüsalə Muradovadan məktub - Bu video xoş duyğularla izlənilir
# 03 fevral 2020 21:23 (UTC +04:00)

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Vüsalə Muradova seçicilərinə məktubla müraciət edib.

O, gəncəlilərə səslənərək güclü Azərbaycan üçün çalışacağını qeyd edib:

“Əziz və doğma gəncəlilərim! Dövlət xalqa xidmət üçün vardır. Bu xidmət mexanizminin Gəncəmizə daha xeyirli və daha sürətli olması üçün səy göstərəcəyəm.

Xoşbəxt insan xoşbəxt dövlət, güclü dövlət deməkdir. İnsanımız xoşbəxt olmalıdır ki, dövlətimiz də xoşbəxt və güclü olsun. Mənə səs verəcək və ya verməyəcək hər bir seçicinin və Gəncəmizin parlamentdə səsi olacağam.

İnsanın ürəyi onun üçün nədirsə, Can Azərbaycanımız üçün gəncliyi də odur. Gənclərlə əl-ələ verərək xoşbəxt və güclü Azərbaycanımız üçün çalışacağam”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR