®Ziyafət Əsgərovun seçicilərlə görüşləri uğurla davam edir

®Ziyafət Əsgərovun seçicilərlə görüşləri uğurla davam edir
# 03 fevral 2020 16:40 (UTC +04:00)

VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə fevralın 9-da keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir.

76 saylı Lənkəran-Astara seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Ziyafət Əsgərov da kampaniya çərçivəsində növbəti görüşünü Biləsər kəndində keçirib.

Deputatlığa namizəd Ziyafət Əsgərov görüşdə çıxış edərək əvvəlcə YAP-ın seçki proqramı haqqında, həmçinin ölkəmizdə həyata keçirilən sosial-iqtisadi, hüquqi və struktur islahatları barədə seçicilərə məlumat verib. Deputatlığa namizəd daha sonra seçiciləri fevralın 9-da keçiriləcək parlament seçkilərində öz seçki hüquqlarından istifadə etməyə və fəal olmağa çağırıb.

Öz növbəsində seçicilər 76 saylı Lənkəran-Astara seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Z.Əsgərova səs verəcəklərini qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR