Əli Əhmədov: "Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıqda maraqlıdır"

Əli Əhmədov: "Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıqda maraqlıdır"
# 22 yanvar 2020 11:08 (UTC +04:00)

"Azərbaycan hökuməti Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıqda maraqlı olduğunu dəfələrlə ifadə edib. Biz bu prinsipimizə sadiqik".

APA-nın məlumatına görə, bunu “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsinin yekunlarına həsr olunmuş konfransda Baş Nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq sazişi üzərində iş aparılmaqdadır: "Güman edirəm ki, yaxın zamanlarda bu sahədə olan işlər tamamladıqdan sonra Avropa İttifaqı ilə Azərbaycan arasında saziş imzalanacaq və əməkdaşlıq sferaları geniş sahələrdə uğurla həyata keçiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR