Mehriban Əliyeva: "Bu gün Şuşa azaddır" - VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva

© APA | Birinci vitse-prezident Mehriban Əliyeva

# 08 may 2021 15:09 (UTC +04:00)

Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhəri ilə bağlı paylaşım edib.

APA-nın məlumatına görə, M. Əliyevanın rəsmi “Instagram” hesabından etdiyi paylaşımda deyilir:“Həsrət və qüssə dolu uzun illərdən sonra 8 may tarixi bizim üçün tamamilə başqa məna kəsb edib. Bu gün Şuşa azaddır! Ali Baş Komandanın rəhbərliyi ilə düşməni sarsıdan və Azərbaycanın ərazi bütövlüyünü bərpa edən rəşadətli əsgər və zabitlərimizin, Silahlı Qüvvələrimizin mərdliyi, iradəsi və ruh yüksəkliyi qarşısında baş əyirik. Vətən naminə həlak olmuş bütün şəhidlərimizin nurlu xatirəsini ehtiramla yad edirəm! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR