Mehriban Əliyeva Şuşada “Xarıbülbül” musiqi festivalının başlaması ilə bağlı paylaşım edib - VİDEO

Mehriban Əliyeva

© APA | Mehriban Əliyeva

# 12 may 2021 11:04 (UTC +04:00)

Birinci vitse-prezident Mehriban Əliyeva Şuşada “Xarıbülbül” musiqi festivalının başlaması ilə bağlı paylaşım edib.

APA xəbər verir ki, M. Əliyevanın rəsmi “Instagram” hesabından etdiyi paylaşımda deyilir:

"Əziz bacılar və qardaşlar!

Böyük qürurla sizə bildirirəm ki, bu gün əlamətdar gündür. Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bizim qədim doğma Şuşa şəhərimizdə “Xarıbülbül” musiqi festivalı dirçəlir. Neçə illik həsrətdən sonra əfsanəvi Cıdır düzündə yenidən Azərbaycan muğamı səslənəcək. Böyük məmnuniyyətlə Qarabağa səfərimizin görüntülərini sizinlə paylaşıram.

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR