Parlamentdə Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd olunub

Parlamentdə Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd olunub
# 10 may 2021 11:54 (UTC +04:00)

Mayın 10-da Milli Məclisdə Ümummilli lider Heydər Əliyevin doğum gününün 98-ci ildönümü münasibəti ilə tədbir keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Milli Məclisin Sədri Sahibə Qafarova, Sədrin birinci müavini Əli Hüseynli, Sədr müavinləri Adil Əliyev, Fəzail İbrahimli parlamentin komitə sədrləri, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər Milli Məclisin foyesində Heydər Əliyevin abidəsi önünə əkil qoyub, tər çiçəklər düzüblər.

Tədbir iştirakçıları görkəmli siyasi xadimin xatirəsini anıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR