Rusiyalı ekspert: “Njdenin abidəsi faşizmə qarşı vuruşmuş müharibə veteranları üçün təhqirdir”

Rusiyanın “Valday Disskusiya” klubunun eksperti Fərhad İbrahimov

© APA | Rusiyanın “Valday Disskusiya” klubunun eksperti Fərhad İbrahimov

# 07 may 2021 23:01 (UTC +04:00)

“Azərbaycanın Xocavənd şəhərində ermənilər tərəfindən faşistlərin əlaltısı və silahdaşı Qaregin Njdeyə abidə qoyulması faktı özü-özlüyündə bir cinayətdir”.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiyanın “Valday Disskusiya” klubunun eksperti Fərhad İbrahimov bildirib.

O, bu faktın həm də Sovetlər İttifaqı tərəfindən faşist Almaniyasına qarşı vuruşmuş bütün müharibə veteranları üçün təhqir olduğunu söyləyib: “Fikrimcə, rusiyalı veteranların Njdenin abidəsinin sökülməsi ilə bağlı çağırışı bir siqnaldır və bu cağırışın effekti olacaq. Çağırış faktının özü onu göstərir ki, Njdenin abidəsinin mövcudluğuna rusiyalı veteranlar sakit qalmayacaqlar. Düşünürəm ki, Rusiyanın müvafiq orqanları bu çağırışı eşitməlidirlər. Çünki, yaxşı bilirik ki, Rusiya faşizmin, nasist cinayətkarların qəhrəmanlaşdırılması məsələsinə necə həssaslıqla yanaşır. Ona görə də, Rusiya sülhməramlıları Njdenin abidəsinin sökülməsi üçün əllərindən gələni etməlidirlər. Çünki Qaragin Njdenin faşist kollobarantı olması faktlarla sübut olunub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahında arxiv materialları mövcuddur. Bu isə o deməkdir ki, Njdenin abidəsinin həm İrəvanda olması, həm də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xocavənddə ucaldılması artıq təhqirdir. Ona görə də, rusiyalı veteranların məlum çağırışla çıxış etməsinin əsas məqsədi Qarabağda faşizm üzərində Qələbənin ildönümünü qeyd etməyə hazırlaşan Rusiya sülhməramlı kontingentinin 9 maya kimi faşist kollabarantın abidəsini yerlə-yeksan etməsidir. Nasist Almaniyasına qarşı vuruşmuş ölkədə faşistə abidə ucaldıla bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR