Azərbaycanın Avropa və Dağ Yəhudiləri icmaları Qubada aşkarlanmış soyqırım faktını yəhudi təşkilatlarına çatdıracaq

Azərbaycanın Avropa və Dağ Yəhudiləri icmaları Qubada aşkarlanmış soyqırım faktını yəhudi təşkilatlarına çatdıracaq
# 08 may 2007 13:05 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən Avropa Yəhudiləri İcması və Dağ Yəhudiləri İcması ermənilər tərəfindən törədilmiş soyqırımın qurbanları olduğu güman edilən Qubada aşkarlanmış kütləvi qəbiristanlıq barədə müxtəlif konfranslarda yəhudi icmalarına çatdıracaq, bu faktı Azərbaycandan kənara çıxarmağa çalışacaq. Bunu APA-ya açıqlamasında Avropa Yəhudiləri İcmasının rəhbəri Gennadi Zelmanoviç aşkarlanmış kütləvi məzarlıqla tanış olandan sonra bildirib: “Orada gördüklərim mənə çox ağır təsir edib. Aşkar olunmuş məzarlıqla ekspertlər məşğul olmalı, onların rəyi açıqlanmalıdır. Amma çox güman ki, bu, ermənilərin Azərbaycan vətəndaşlarına qarşı törətdikləri soyqırımdır. Axı həmin illərdə Qubada erməni bandit birləşmələri fəaliyyət göstərirdi”. /APA/

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR