Kaliforniya Azərbaycan-Amerika Şurasının sədri Cavid Hüseynov: “Ermənilərin təzyiqlərinin qarşısını almaq üçün Amerikadakı türk icmaları Douq Frantza dəstək verməlidir”

Kaliforniya Azərbaycan-Amerika Şurasının sədri Cavid Hüseynov: “Ermənilərin təzyiqlərinin qarşısını almaq üçün Amerikadakı türk icmaları Douq Frantza dəstək verməlidir”
# 10 may 2007 08:39 (UTC +04:00)
Bu, yüz ilə yaxındır həyata keçirilən türk nifrəti siyasətinin nəticəsidir. Çünki erməni psixologiyasında soyqırımına məruz qalması iddiası elə formalaşıb ki, artıq ermənilərin özü də bu uydurma iddiaya inanırlar. Hər hansı şəxs bu iddiaya şübhə ilə yanaşdıqda ermənilər çox aqressiv reaksiya göstərir”. Bu eksklüziv açıqlamanı APA-nın ABŞ bürosuna Kaliforniya Azərbaycan-Amerika Şurasının sədri Cavid Hüseynov verib. O, ermənilərin təzyiqlərinin qarşısını almaq üçün Amerikadakı türk icmalarının Douq Frantza dəstək verməli olduğunu deyib: Douq Frantz biz jurnalist kimi erməni iftiralarını heçə çıxarır, o inanır ki, Amerika cəmiyyətində nifrət təbliğatı yolverilməzdir. Ancaq bu gün ermənilər Douq Frantzın haqq səsini boğmağa nail olsalar, onun kimi digər jurnalistlər Türkiyənin və türklərin hüquqlarını qorumaqdan çəkinə bilər”. Cavid Hüseynov türklərə nifrət təbliğatının neqativ təzahürlərinin ortaya çıxdığını bildirib: “Ötən ilin aprel ayında qondarma “erməni soyqırımı” hadisələrinin ildönümündə Kaliforniya Universitetində təhsil alan türk tələbə erməni tələbələrin hücumuna məruz qalıb. Bu il həmin universitetin Los-Anceles korpusunda Azərbaycan muğam konserti keçirilib, erməni tələbələr həmin konsertə gələrək Türkiyəyə qarşı soyqırımı iddiaları ilə bağlı şüarlar səsləndiriblər. Bunlar əlbəttə ki, mənasız hərəkətlərdir, amma bu faktlar Amerika təhsil ocaqlarında erməni tələbələrin nə qədər nifrət təbliğatının təsiri altında olduğunu göstərir. Təbii ki, Azərbaycan və türk icmaları olaraq bizlər bu təhlükəni Amerika ictimaiyyətinə çatdırmalıyıq. Məncə, Kaliforniyada fəaliyyət göstərən Azərbaycan və türk dərnəkləri bir araya gələrək vahid mövqe nümayiş etdirsə, erməni icması artıq reallıqları qəbul etmək zorunda qalacaq. Qeyd edim ki, Kaliforniyada erməni icmasının qüvvəsi və təsiri ermənilərin sayından deyil, Azərbaycan və türk icmalarının zəifliyindən qaynaqlanır”. Cavid Hüseynov Kaliforniya əhalisində türklərə və azərbaycanlılara qarşı xüsusi mənfi münasibətin olmadığını bildirib: “Ermənilərin bu ştatda imicləri o qədər də yüksək deyil ki, Azərbaycana və Türkiyəyə qarşı hansısa ümumi fikir formalaşdırsın. Amerika klassik demokratik sistemdir, burada vergi ödəyən hər bir şəxsin etnik mənsubiyyətindən asılı olmayaraq eyni hüququ var. Los-Ancelesdə ermənilər məskunlaşan dairələrdə xeyli sayda azərbaycanlı və türk yaşayır, halbuki bunların çoxu heç dairəsindən seçilən konqresmenin kim olduğunu bilmir. Belə olan halda Kaliforniyada yaşayan azərbaycanlı və türk diaspora qurumlarının başlıca məqsədi icma üzvlərinin bu ölkənin siyasi və ictimai həyatında aktiv iştirakını təmin etməkdən ibarət olmalıdır”. Cavid Hüseynov Kaliforniyada bir milyona yaxın erməni yaşadığını vurğulayıb: “Onların icma olaraq ştatın daxili siyasətində böyük nüfuzu var. Amma, o bir milyon erməninin içərisində heç bir şəxs aktiv icma məsələləri ilə məşğul deyil. Təşkilatçılıq işlərində 100-200 erməni aktivlik göstərir, digərləri isə bu sistemdə mütəşəkkil şəkildə iştirak edirlər. Yəni, erməni icmasının ümumi sayı o qədər də önəmli deyil, icmanın sistemli şəkildə fəaliyyəti vacibdir. Burada ideoloji faktor da önəmlidir. Amerikada yaşayan hər bir ermənini birləşdirən ən böyük faktor erməni kilsəsidir. Amerikada 350 minədək türk yaşayır, onların böyük əksəriyyəti Kaliforniyada məskunlaşıb. Bundan başqa Los-Ancelesdə 1 milyona yaxın iranlı yaşayır ki, bunların da böyük hissəsi azərbaycanlılardır. Lakin, bu üç qrupu Anadolu türklərini, Azərbaycan və İrandan olan azərbaycanlıları bir ortaya gətirəcək qüvvətli ideologiya mövcud deyil. Hətta türklərin arasında milliyyətçilər və dinçilər arasında bölünmə vardır ki, bu da icmanı müəyyən mənada zəifldir”. Cavid Hüseynov üç icmanı birləşdirməyin yeganə yolunun zəngin mədəniyyətə əsaslanmaqdan keçdiyini bildirib: “Bizim mədəniyyətimiz və ümumi tarixi köklərimiz başlıca faktordur. Təbii ki, Azərbaycan və türk icmaları Kaliforniyada ermənilərdən çox sonra məskunlaşıb, buna görə də soydaşlarımız arasında icma quruculuq sistemi püxtələşməyib. Amma bu istiqamətdə işləməli, erməni, yəhudi, yunan və ispan dilli icmaların metodikasından istifadə etmək lazımdır”. /APA/

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR