Avropanın bir neçə şəhərində Ermənistanın mina xəritələrini verməməsi ilə bağlı aksiya keçirilib - FOTO

Avropanın bir neçə şəhərində Ermənistanın mina xəritələrini verməməsi ilə bağlı aksiya keçirilib - FOTO
# 24 aprel 2021 16:40 (UTC +04:00)

Niderlandda, Böyük Britaniyanın London, Koventri, Almaniyanın Münhen və Fransanın Nant şəhərində Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etməməsinə etiraz əlaməti olaraq aksiyalar təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, aksiyalarda "Minalanmış ərazilərimizin xəritəsini istəyirik!", "Azərbaycanı minalardan azad et!", "Bizi minalardan azad edin, Qarabağ Azərbaycandır" şüarları yer alıb.

Aksiyaların məqsədi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən basdırılmış minaların xəritəsinin verilməməsidir.

Əllərində minalanmış ərazilərə, minaların zərərli təsirlərinə qarşı plakatlar tutmuş aksiya iştirakçıları Ermənistan hökumətindən minalanmış ərazilərə dair xəritələrin verilməsini tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR