Baş Konsulluq Kaliforniya senatorunu radikal ermənilərin aksiyasında iştiraka görə üzr istəməyə çağırıb

Baş Konsulluq Kaliforniya senatorunu radikal ermənilərin aksiyasında iştiraka görə üzr istəməyə çağırıb
# 27 aprel 2021 12:07 (UTC +04:00)
Kaliforniya ştatının senatoru Antoni Portantino Los Anceles şəhərində radikal erməni qüvvələri tərəfindən təşkil olunan aksiyada iştirak edib.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Los-Ancelsdəki Konsulluğunun "Twitter" səhifəsində məlumat verilib.
"Daşnakları, irqçiliyi dəstəklədiyinə və etnik zorakılığa çağırış etdiyinə görə o, üzr istəməlidir!", Konsulluq qeyd edib.
Qeyd edək ki, aprelin 25-də Los Anceles şəhərində radikal erməni qüvvələri tərəfindən təşkil olunan aksiyada Azərbaycan bayrağına bürüdülmüş maneken "edam" edilib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR