Çikaqoda Azərbaycana dəstək aksiyası keçirilib

Çikaqoda Azərbaycana dəstək aksiyası keçirilib
# 19 oktyabr 2020 13:15 (UTC +04:00)

Oktyabrın 18-də Azərbaycanın Müstəqillik günü münasibətilə ABŞ-da İllinoys ştatının Çikaqo şəhərinin meriyası qarşısında dövlət himnimizin sədaları altında üçrəngli bayrağımız havaya qaldırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi (Azerbaijani Center of Midwest America - ACMA) tərəfindən təşkil olunan tədbirdə təxminən 50 nəfərə yaxın soydaşımız iştirak edib. Bununla da dünya azərbaycanlılarının həmrəyliyi əks etdirilib, Amerika ictimaiyyətinin diqqəti işğalçı Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi terror aktlarına, mülki şəxslərin, xüsusilə azyaşlıların öldürülməsinə cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR