Fuad Muradov bəzi ölkələrdə diaspor təşkilatları arasında fikir ayrılığı olmasına dair fikirlərə münasibət bildirib

Fuad Muradov bəzi ölkələrdə diaspor təşkilatları arasında fikir ayrılığı olmasına dair fikirlərə münasibət bildirib
# 05 dekabr 2019 12:59 (UTC +04:00)

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bəzi ölkələrdə Azərbaycan diaspor təşkilatları arasında fikir ayrılığı ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

APA-nın xəbərinə görə, Fuad Muradov Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib ki, diaspor təşkilatlarının fəaliyyəti hansısa şəxslərə bağlı olmur, bu, bir icma işidir, könüllülük, vətənə sevgi məsələsidir: “Bəzən olur ki, kimlərsə, nə vaxtsa hansısa bir məsələyə görə bir-birindən küsür. Mən Ukraynanı misal gətirirəm. Biz gələndə gördük ki, orada işlər pis məcraya daxil olur. Bir az vaxt sərf etdik və bu istiqamətdə müsbət nəticə əldə etdik. Bu gün o təşkilatlar birgə fəaliyyət göstərir. Biz demirik ki, mütləq birgə fəaliyyət göstərin, ancaq düşmənçilik də etməyin. Bizim ümumi düşmənimiz bəllidir, Dağlıq Qarabağ məsələsi var, torpaqlarımız Ermənistan tərəfindən işğal olunub. Ona görə də biz düşmənə heç bir şans verməməliyik ki, Azərbaycan diasporu haqqında mənfi fikirlər səsləndirsin. Hamımız ölkəmizin milli maraqlarına xidmət etməliyik. Biz onlara da bildiririk ki, birlik olan yerdə dövlət sizin yanınızdadır və sizə daha böyük dəstək göstərək. Mən buradan hamıya çağırış edirəm ki, müsbət istiqamətdə fəaliyyət göstərək”.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR