İstanbulda Azərbaycana dəstək aksiyası keçirilib

İstanbulda Azərbaycana dəstək aksiyası keçirilib
# 11 noyabr 2020 15:39 (UTC +04:00)

İstanbul şəhərinin Bəyazit meydanında Azərbaycan ordusunun tarixi zəfərlərə imza atması, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi münasibətilə aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə həmrəylik və Azərbaycana qardaş dəstəyi nümayiş etdirilib. Aksiyada hər iki ölkənin Dövlət Himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı və təcavüzkar siyasətindən danışıblar.

Azərbaycan və Türkiyə bayraqlarının dalğalandırıldığı tədbirdə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə son qoyulması ilə bağlı şüarlar səsləndirilib.

Aksiya iştirakçıları Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə müzəffər Ali Baş Komandana və qüdrətli Azərbaycan ordusuna minnətdarlıqlarını ifadə ediblər.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR