“Xarıbülbül” musiqi albomu hazırlanıb

“Xarıbülbül” musiqi albomu hazırlanıb
# 03 may 2021 11:32 (UTC +04:00)

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə “Xarıbülbül” (Kharibulbul) musiqi albomu ictimaiyyətə təqdim olunub.

Fonddan APA-ya bildirilib ki, layihənin rəhbəri Parisdə yaşayan həmyerlimiz, Beynəlxalq müsabiqələr laureatı, pianoçu-bəstəkar Etibar Əsədlidir. Layihənin musiqi redaktoru Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətovdur.

Layihə Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin şanlı qələbəsinə həsr olunub. Layihənin adı ilə Vətən müharibəsinin simvoluna çevrilmiş Xarıbülbülün adının eynilik təşkil etməsi heç də təsadüfi deyil. Belə ki, bu qələbədə Ali Baş Komandanın ətrafında sıx birləşən dünyanın dörd bir yanında yaşayan həmvətənlərimizin birliyi və bərabərliyi bu layihədə də öz əksini tapıb.

Bildirilir ki, dünyanın müxtəlif ölkələrində (Fransa, ABŞ, Türkiyə, İtaliya və b.) yaşayan istedadlı həmvətənlərimizin ifasında hazırlanan bu musiqi albomu Qüdrətli Prezidentə, Müzəffər Orduya və özünü azərbaycanlı sayan hər bir insana hədiyyədir.

Diskdə Azərbaycan musiqilərinin ən gözəl nümunələri, bəstəkar mahnıları yer alıb. Diskin içində Xarıbülbül və ifaçılar haqqında ingilis dilində məlumat yerləşdirilib.

Musiqi albomunun hazırlıq işləri Parisdə və Bakıda aparılıb. İfaların seçilməsi ilə yanaşı musiqi alətlərinin də seçiminə xüsusilə yanaşılıb. Belə ki, diskdə tar, kamança, balabanda olan ifaların, milli musiqimizin dünyada tanıdılması istəqamətinə bir töhfə olacağını düşünən təşkilat komitəsi, repertuar seçiminə də xüsusi diqqət ayırıb.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR