Xarici ölkələrdə yaşayan azərbaycanlılar bəyanat yayıb

Xarici ölkələrdə yaşayan azərbaycanlılar bəyanat yayıb
# 27 sentyabr 2020 19:11 (UTC +04:00)

Xarici ölkələrdə yaşayan azərbaycanlılar bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya daxil olan bəyanarda deyilir:

“Biz – xarici ölkələrdə yaşayan azərbaycanlılar və Azərbaycan diaspor təşkilatları təəssüf hissi ilə bəyan edirik ki, 27 sentyabr 2020-ci il saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Bu, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə mülki əhalinin və obyektlərin atəşə tutmasının qəsdən və hədəflənmiş növbəti təxribatıdır. Ermənistan işğalçı qüvvələrinin təxribatı nəticəsində mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar var, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.

Mülki əhalinin qəsdən hədəfə alınması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının kobud surətdə pozulmasıdır. Ümumilikdə isə 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımı, eləcə də 2020-ci ilin iyulunda - bütün dünyanın COVİD-19 pandemiyası ilə mübarizə apardığı bir vaxtda törədilmiş Tovuz təxribatı Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəfə almasının bariz nümunələridır.

BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarının keçirildiyi bir şəraitdə Ermənistan öz hərəkətləri ilə beynəlxalq hüquqa, BMT Nizamnaməsinə zidd münasibətini və beynəlxalq ictimaiyyətə hörmətsizliyini bir daha nümayiş etdirir.

Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin təxribatı dünyaya bir daha ermənilərin işğalçı olduğunu göstərdi. ABŞ Konqresi də Ermənistanı işğalçı ölkə kimi səciyyələndirdi. Bütün bunlardan sonra Ermənistan işğal etdiyi ərazilərdə Cenevrə Konvensiyasının tələblərinə və beynəlxalq hüquqa zidd olaraq qanunsuz məskunlaşdırmalar aparır, Livan, Suriya kimi müxtəlif ölkələrdən terrorçular işğal edilmiş ərazilərə cəmləşdirilir.

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006-cı və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə, BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərinə məhəl qoymayan Ermənistanın işğalçılıq siyasətini və təxribatçı hərəkətlərini davam etdirməsi beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən kəskin şəkildə pislənilməlidir.

Biz dünya dövlətlərinə, beynəlxalq təşkilatlara müraciət edərək regionda sülh və sabitliyin təmin olunması üçün Ermənistan dövlətinə işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməsi üçün təsir göstərməyə çağırırıq.

AVROPA AZƏRBAYCANLILARI KOORDİNASİYA ŞURALARI

Almaniya Azərbaycanlıları Koordinasiya Şurası

Fransa Azərbaycanlılarının Koordinasiya Şurası

İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurası

Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurası

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurası (Finlandiya, İsveç, Norveç, Danimarka)

İtaliya Azərbaycanlıları Koordinasiya Şurası (Malta)

İspaniya Azərbaycanlıları Koordinasiya Şurası

Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurası (Latviya, Litva, Estoniya)

Polşa Azərbaycanlıları Koordinasiya Şurası

Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurası

(Macarıstan, Monteneqro, Yunanıstan, Rumıniya, Çexiya, Serbiya, Albaniya, Xorvatiya, Slovakiya)

Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin tərkibi

AVSTRİYA

Avstriya Azərbaycanlıları Birliyi Fərid Əzizov

“Azer Der” Cəmiyyəti Yardım Günəş

İSRAİL

AZİZ Lev Spivak

İsrail Azərbaycan Ev

GÜRCÜSTAN

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi

“Borçalı İrəli” İctimai Birliyi

M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi

Gürcüstanda yaşayan Azərbaycanlı Məktəbli Gənclərin Mədəniyyət Mərkəzi

Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyası

Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurası

UKRAYNA

“Ukrayna Azərbaycanlılarının Radası”

RUSİYA

“Moskva Azərbaycanlıları İcması”

“Moldova Azərbaycanlıları Konqresi”

“Azərbaycan-Ural” İctimai Təşkilatı

“Azərbaycan Diasporası”nın Arxangelsk regional təşilatı

Şimali Osetiya-Alaniya Respublikası “Azərbaycanlılar Konqresi”

Rusiya Azərbaycanlıları Diaspor Təşkilatlarının Konfederasiyası

Perm azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti

Sankt-Peterburq Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti

“Dostluq” Azərbaycan Primorye ictimai təşkilatı

“Samara Vilayəti Azərbaycanlılarının Liqasi”

QAZAXISTAN

"Azərbaycanlılar Assosiasiyası” Respublika İctimai Birliyi

“Birlik” azərbaycanlı icmasının sədri

“Namus” Azərbaycan Milli-Mədəniyyət Mərkəzi

"Ozan" Almatı şəhər Azərbaycanlıların Cəmiyyəti

“Turan” Azərbaycanlıları Konqresi Respublika İctimai Birliyi

“Novruz” Azərbaycan Etno-Mədəni Mədəniyyət Mərkəzi

“Ata Yurd-Nomad” Azərbaycan Etnomədəni Respublika İctimai Birliyi

“Türküstan vilayəti “Qarabağ” Azərbaycan Etnomədəni Birliyi”

"Heydər" Gənclər Birliyinin sədri

“Xəzər” Azərbaycan etnomədəni birliyi

Yeni Yol-"Novıy put" kəndində "Nəsimi" Azərbaycan Mədəniyyət Mərkəzi

“Heydər” Xeyriyyə Cəmiyyəti

“Azbirlik” Etno-mədəni Birliyinin sədri

“Dostluq” Azərbaycan Etno-Mədəni Birliyi

“Dostluq” Azərbaycan Mərkəzi İctimai birliyi

“Novruz” Azərbaycan Mədəniyyət Mərkəzi

“Türküstan vilayəti Azərbaycan Mədəniyyət Mərkəzi” rəhbəri

“Naxçıvan” Azərbaycanlı etnomədəni mərkəzi” ictimai birliyi

“Birlik” Milli-Maarif Cəmiyyəti

Şərqi-Qazaxıstan vilayətinin “Azərbaycan etno-mədəni birlik” İctimai Birliyi

“Mehriban” Azərbaycan Mərkəzi etno-mədəni birliyi

“Arzu” Azərbaycan Etno-mədəni İctimai Birliyi

“Yasəmən” Azərbaycan Etno-Mədəni Mərkəzi

ÖZBƏKİSTAN

Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi

QIRĞIZISTAN

“Azəri” İctimai Birliyi

TÜRKİYƏ

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu

Yeni Azərbaycan Yardımlaşma və Mədəniyyət Dərnəyi (YAYDER)

İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi (İS-TAD)

Azərbaycan Təhsil və Kültür Dərnəyi

Bursa Azərbaycan Kültür Dərnəyi

Eskişəhər Azərbaycanlılar Dərnəyi

Gənc Azərbaycanlılar Dərnəyi

Kocaeli Derince Azərbaycan Evi Dərnəyi

Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi

Qars Azərbaycan Evi Dərnəyi

Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF)

TADDEF-Ankara Azərbaycan Kültür və Həmrəylik Dərnəyi

“Can Azərbaycan” Media Şirkəti

Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyi

İğdır- Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi

Türkiyə Azərbaycan Dərnəyi (TÜRKAZDER)

Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF) Iğdır Azərbaycan Evi

Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyi

Adana Azərbaycan İş və Məslək Sahibi Qadinlar Dərnəyi

Antalya Azərbaycan Evi Dərnəyi

Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi

İzmir Azərbaycan Qardaşlıq və Əməşdaşlıq Dərnəyi (AKİDER)

İzmir Azərbaycan Kültür Evi və Həmrəylik Dərnəyi

İzmir Azərbaycan Qadınları Kültür Mərkəzi Dərnəyi

“Çağdaş” Azərbaycan Kültür Dərnəyi

Edirne Azərbaycan Evi Dərnəyi

Türkiyə Azərbaycan Dərnəyi (TÜRKAZDER) Iğdır şöbəsi

İstanbul Azərbaycan Kültür Evi

Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyası

Turgutlu Azərbaycan Kültür Dərnəyi

Ankara Azərbaycan Evi Dərnəyi

Amasya Azərbaycan Türkləri Kültür, Sanat və Dayanışma Dərnəyi

Azərbaycan Dil, Tarix, Mədəniyyət Araşdırma Mərkəzi

Azərbaycanlı Həkimlər Dərnəyi (AHD)

İstanbul-Azərbaycan Dostluq Dərnəyi

“Buta” Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyi

Dünya Azərbaycanlıları Yazarlar və Media Dərnəyi

İstanbul-Azərbaycan Teleteatrı

Azərbaycan Mədəniyyət,Təhsil və Həmrəylik Dərnəyi

“Xəzər” Azərbaycan Xalq Rəqsləri Dərnəyinin rəhbəri

Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzi (Hazarfem)

Anka Azərbaycan Rəqs və Sənət Klubu

İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi (İÜ Azerbaycan Kültür ve Dayanışma Topluluğu)

Araz Doğa Sporları ve Kültür Klubu Dərnəyi

Azərbaycan Turkiyə Ortaq Milli Düşüncə Dərnəyinin sədri

Trabzon Azərbaycan Təhsil, Kültür və Həmrəylik Klubu

Heydər Əliyev adına Azərbaycan məktəbi

Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Dərnəyinin sədri,

Dərnəyin nəzdində Hüseyn Cavid adına məktəbi

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimov adına məktəb

Balıkesir Azərbaycan Evi Dərnəyi

Çanakkale Azərbaycan Evi Dərnəyi

Amasya Azərbaycan Kültür Dərnəyi

Amasya Azerbaycan Türkleri Kültür Sanat və Dayanişma Dərnəyi

Samsun Azərbaycan Kültür və Dayanışma Dərnəyi

“Azərbaycan Xalqlar Dostluğu” Dərnəyi

Azərbaycan Gənclərinin Ankara Həmrəylik Dərnəyi (AGAH)

Azərbaycan Milli Rəqs və Kültür Dərnəyi

Mübariz Kültür Təhsil və Sosial Yardımlaşma Dərnəyi

Azərbaycan Gənclərinin İstanbul Hərəkatının (AGİH)

İstanbul Universiteti Azərbaycan Türkiyə Qardaşlıq və Həmrəylik Topluluğu

Celal Bayar Üniversitesi Manisa Azerbaycanlı Öğrenciler Topluluğu

Bursa Uludağ Üniversiteti Azərbaycan İncəsənət və Mədəniyyət Birliyi

Düzce Üniversitesi Türk Dünyası Topluluğu

ZONGULDAK Bülent Ecevit universiteti Azərbaycan Kültür Topluluğu

Azərbaycan Gənlik Təşkilatının (Bardin)

Azərbaycan Gənclərinin İstanbul Həmrəyliyi - AGİH

Konya Azərbaycanlı Tələbələr Birliyi

Sakarya Universiteti Azərbaycan-Türkiyə Qardaşlıq Birliyi

Manisa Azərbaycanlı Tələbələr Birliyinin sədri

Kocaeli Azərbaycanlı Tələbələr Birliyinin sədri

Qars Azərbaycan Qafqaz Kültürləri və Həmrəylik Dərnəyi

Kayseri Azərbaycanlı Tələbələr Birliyi

Burdur Mehmet Akif Ersoy üniversitesi Azərbaycanlı Tələbələr Topluluğu

Muğla Universiteti Azərbaycan Kültür və Həmrəylik Cəmiyyəti

Kastomonu Azərbaycan Universiteti Azərbaycan Kültür və Həmrəylik Topluluğu

Konya Azərbaycanlı Tələbələr Birliyi

Erzurum Azərbaycanlı Tələbələr Birliyi

Bursa Uludağ Universiteti Azərbaycan Mədəniyyət və İncəsənət Birliyi

Avstraliya İttifaqı

Avstraliya-Azərbaycan Türk Dostluq Birliyi

Avstraliya-Azərbaycan Assosiasiyası

Yeni Zelandiya

“Azəri”Azərbaycan Yeni Zelandiya Dostluq Cəmiyyətinin sədri

Misir Ərəb Respublikası

Vətənpərvər-Misirdə Azərbaycanın Diaspor Təşkilatları Birliyi

Oman Sultanlığında yaşayan azərbaycanlılar

Əlcəzair Xalq Demokratik Respublikasında yaşayan azərbaycanlılar

Səudiyyə Ərəbistanı Krallığında yaşayan azərbaycanlılar

Çin Xalq Respublikasında yaşayan azərbaycanlılar

İordaniya Haşimilər Krallığında yaşayan azərbaycanlılar

Tailand Krallığında yaşayan azərbaycanlılar

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR