Azərbaycanlı samboçu ABŞ çempionu olub

Azərbaycanlı Orxan İsmətzadə ABŞ çempionu olub

© APA | Azərbaycanlı Orxan İsmətzadə ABŞ çempionu olub

# 02 iyun 2021 10:43 (UTC +04:00)

ABŞ-da yaşayan həmyerlimiz Orxan İsmətzadə Şimali Karolina ştatının Qrinsboro şəhərində sambo üzrə keçirilən ölkə çempionatının qalibi olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, idmançı həmyerlimiz 98 kq çəki dərəcəsində qızıl medal qazanaraq çempion tituluna layiq görülüb. Onun cempionatdakı rəqibləri Boston, Nyu-Cersi və Şimali Karolina ştatlarının təmsilçiləri olub.

Qeyd edək ki, Orxan İsmətzadə uşaqlıqdan idmanın sambo növü ilə məşğul olur. Ölkəmizdə keçirilən respublika turnirlərində qızıl və gümüş medallara layiq görülüb. 2018-ci ildən ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində yaşayan soydaşımız bu ölkədə təşkil edilən bir sıra beynəlxalq yarışlarda iştirak edib və Universal döyüşdə dünya üzrə ikinci yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR