Beynəlxalq Dağ Yəhudiləri Fondunun prezidenti Fuad Muradovla görüşüb

"STMEGİ" Beynəlxalq Dağ Yəhudiləri Fondunun prezidenti German Zaxaryayev və Komitə sədri Fuad Muradov

© APA | "STMEGİ" Beynəlxalq Dağ Yəhudiləri Fondunun prezidenti German Zaxaryayev və Komitə sədri Fuad Muradov

# 17 iyul 2021 10:13 (UTC +04:00)

"STMEGİ" Beynəlxalq Dağ Yəhudiləri Fondunun prezidenti, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti German Zaxaryayev Azərbaycana səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində olub və Komitə sədri Fuad Muradovla görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həm Azərbaycanda, həm də xarici ölkələrdə olan yəhudi icmaları ilə yaxından əməkdaşlıq edildiyi, koordinasiya və birgə fəaliyyət imkanları daim diqqətdə saxlanıldığı qeyd olunub.

G.Zaxaryayev Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafındakı səmərəli fəaliyyətinə görə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub. Fuad Muradov medalı German Zaxaryayevə təqdim edib.

Görüşdə gələcək fəaliyyət istiqamətləri və əməkdaşlıq perspektivləri barədə də danışılıb.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR