Britaniya azərbaycanlıları Kəlbəcərdə jurnalistlərin minaya düşməsi ilə bağlı bəyanat yayıb

Diasporla İş üzrə Dövlət Komitəsinin binası

© APA | Diasporla İş üzrə Dövlət Komitəsinin binası

# 05 iyun 2021 15:13 (UTC +04:00)

Britaniya Azərbaycanlıları Assosiasiyasının üzvləri Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun üzvlərinə, Avropa Şurasının müxtəlif ölkələrdəki nümayəndəliklərinə, BMT-nin İnsan Hüquqları Şurası və İnsan Hüquqları üzrə Ali Komissarlığına Kəlbəcərdə ikisi jurnalist olmaqla, üç nəfərin minada həlak olması ilə bağlı bəyanat ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova, Vüqar Axundov və təşkilat üzvləri adından isə “HALO Trust” təşkilatına, Human Rights Watch təşkilatına və üzvlərinə, Avropa Parlamentinin Birləşmiş Krallıqdakı Əlaqələndirici Ofisinə bəyanat göndərilib.

Xatırladaq ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR