Zəfər Günü Bonn şəhərində qeyd olunub

Zəfər Günü Almaniyanın Bonn şəhərində qeyd olunub

© APA | Zəfər Günü Almaniyanın Bonn şəhərində qeyd olunub

# 05 noyabr 2021 16:18 (UTC +04:00)

Azərbaycanın Zəfər Günü Almaniyanın Bonn şəhərində qeyd olunub.

Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədr müavini Nuran Abdullayev APA-ya bildirib ki, BMT-nin mənzil-qərargahının önündə reallaşan tədbir Alman-Azərbaycan Mədəniyyət evinin təşkilatçılığı ilə keçirilib.

Azərbaycanın möhtəşəm Zəfərin ildönümünə həsr olunmuş sərgi təşkil olunub.

Açıq havada təşkil olunmuş “Biz Qafqazda sülh istəyirik” adlı sərgidə 30 ilə yaxın müddət ərzində ermənilərin işğal etdikləri yaşayış məntəqələrində törətdiii vandallıqlar alman ictimaiyyətinə “əvvəl və indi” devizli rəsm əsərləri ilə təqdim edilib.

Tədbirdə Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin üzvləri, bu ölkədə yaşayan soydaşlarımız, almaniyalı fəallar və şəhər sakinləri iştirak ediblər.

Tədbirdə həmçinin Azərbaycanın milli musiqiləri canlı ifa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR