Çingiz Hüseynzadə Azərbaycan Üzgüçülük Federasiyanın Əsasnaməsində dəyişikliyə ehtiyac olduğunu açıqlayıb

Çingiz Hüseynzadə Azərbaycan Üzgüçülük Federasiyanın Əsasnaməsində dəyişikliyə ehtiyac olduğunu açıqlayıb
# 18 noyabr 2021 12:55 (UTC +04:00)

“İnanıram ki, yenidən prezident seçilən Xanlar Fətiyev Azərbaycanda üzgüçülük növünün inkişafına böyük töhfə verəcək”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

O, Azərbaycan Üzgüçülük Federasiyasında növbədənkənar hesabat-seçki konfransından sonra yeni rəhbərə uğurlar arzulayıb: “Bəzi federasiyalarda gender bərabərliyinə diqqət yetirilmir. Beynəlxalq səviyyədə bu yaxşı qəbul olunmur. İnanıram ki, bunu da nəzərə alacaqsınız. Bu federasiyaya su polosu, sinxron üzgüçülük, suya tullanma və bir çox növlər daxildir. Beynəlxalq federasiyanın da adı üzgüçülük deyil. Azərbaycanda Üzgüçülük Federasiyası varsa, bizdə su polosu federasiyası da yaratmaq olar. Bunu növbəti Əsasnamə dəyişikliklərində nəzərə almaq lazımdır”.

Hüseynzadə bildirib ki, federasiyanın ötən illər ərzindəki fəaliyyəti qənaətbəxş olub: “Qurum Olimpiadada təmsil olunub. Türkiyə Bursa şəhərində keçiriləcək yarışda da üzgüçülərimizin uğur qazanacağına inanıram. 2022-ci ildə Slovakiyada keçiriləcək yarışlarda da idmançılarımızın uğurlu çıxışına inanıram”.

Azərbaycan Üzgüçülük Federasiyasına yenidən prezident seçilən Xanlar Fətiyev isə cavab olaraq deyib ki, Çingiz Hüseynzadənin qaldırdığı məsələyə baxılacaq: “Çalışacağıq ki, fikirlərinizi düzgün qiymətləndirək. Federasiyamızda ilk dəfə bu formada seçki keçirdik. Cənab nazir başda olmaqla, toplantı iştirakçılarına təşəkkürümü bildirirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR