Fərid Qayıbov: “İdmanda növbəti nailiyyətləri əldə edə bilərik”

Gənclər və İdman Naziri Fərid Qayıbov

© APA | Gənclər və İdman Naziri Fərid Qayıbov

# 13 sentyabr 2021 09:57 (UTC +04:00)


“Ölkə Prezidenti İlham Əliyevin Gənclər və İdman Nazirliyinə rəhbər təyin olunmağım haqda sərəncamı ilə mənə göstərdiyi etimad, mənim üçün böyük şərəfdir”.

Apasport.az saytının məlumatına görə, bu sözlər gənclər və idman naziri Fərid Qayıbova məxsusdur.

Bu vəzifəyə yeni təyin olunan Fərid Qayıbov feysbuk səhifəsi vasitəsilə idmanda uğur qazanacaqlarına inandığını bildirib: “Əminəm ki, Azərbaycanda qurulmuş güclü idarəçilik sistemi və ixtisaslaşmış komanda ilə idmanda növbəti nailiyyətləri əldə edə bilərik. Mən bütün həmkarlarım, dostlarım və bütün dünya üzrə idman ictimaiyyəti nümayəndələrinə təbrik və xoş arzularına görə öz təşəkkürümü bildirirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR