“Formula-1”: Azərbaycan Qran-Prisinin tarixi açıqlanıb

“Formula-1”:  Azərbaycan Qran-Prisinin tarixi açıqlanıb
# 16 oktyabr 2021 01:34 (UTC +04:00)

“Formula-1”də 2022-ci il mövsümünün təqvimi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Qran-Prisinin də tarixi bəlli olub.

Bakıdakı yarışın iyunun 10-12-də təşkil olunması qərara alınıb.

Gələn il martın 18-də Bəhreyndə startı veriləcək mövsümdə 23 mərhələ keçiriləcək. Son yarışa noyabrın 18-20-də Abu-Dabi ev sahibliyi edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR