“Formula-2”: İkinci split yarışının qalibi müəyyənləşib

“Formula-2”: İkinci split yarışının qalibi müəyyənləşib
# 05 iyun 2021 19:04 (UTC +04:00)

“Formula-2” üzrə Azərbaycan Qran-prisinin növbəti yarışı keçirilib.

Apasport.az saytının məlumatına görə, pilotlar bolidlərini ikinci sprint yarışında sınayıb. Bununla ikinci günün “Formula-2” mübarizəsi yekunlaşıb.

6 pilotun mübarizəni erkən dayandırdığı 45 dəqiqəlik yarışın sonunda Juri Vips (“Hitech Grand Prix”) finişə hamıdan tez çatıb. David Bekmenn (“Çaruz”) və Yehan Daruvala (“Karlin”) ilk “üçlük”dəki növbəti yerlərdə qərarlaşıblar.

Günün birinci yarısındakı ilk sprint yarışını isə Robert Şvartzman (“Prema”) qazanıb.

Qeyd edək ki, sabah “Formula-2” yarışı keçiriləcək. Komandalar son dəfə saat 12:45-də trekə çıxacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR