“Formula-2”: Qəza səbəbindən 3 pilot yarışı dayandırıb

“Formula-2”: Qəza səbəbindən 3 pilot yarışı dayandırıb
# 06 iyun 2021 13:16 (UTC +04:00)

Azərbaycan Qran-prisində günün ilk qəzası baş verib.

Apasport.az saytının məlumatına görə, xoşagəlməz hadisə “Formula-2” yarışında yaşanıb.

Yarışın əvvəllərində Markus Armstronqla (“Dams”) Teo Purşer (“Art Grand Prix”) toqquşub. Bu səbəbdən hər iki pilot mübarizəni davam etdirə bilməyib. Qəzaya səbəb olan “Karlin” pilotu Dan Tiktum cəzalandırılıb.

Bundan əlavə, Matteo Nannini (“Kampos”) də qəza törətdiyi üçün treki tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR