Gənclər və İdman Nazirliyində yeni təyinatlar olub

Gənclər və İdman Nazirliyində yeni təyinatlar olub
# 01 dekabr 2021 11:59 (UTC +04:00)

Azərbaycan Gənclər və İdman Nazirliyində yeni təyinatlar olub.

Apasport.az saytının məlumatına görə, nazir Fərid Qayıbovun əmri ilə 3 yeni təyinat rəsmiləşib.

Gənclərlə iş şöbəsinin müdiri vəzifəsinin icrası Fuad Babayevə həvalə edilib. Nazirin digər əmrləri ilə Elmir Mehdiyev Əsaslı tikinti və nəqliyyat sektorunun müdiri, Qabil Mehdiyev isə Mətbuat xidmətinin rəhbəri vəzifələrinə təyin ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR