Xanlar Fətiyev növbəti dəfə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti seçilib - FOTOLENT

Xanlar Fətiyev növbəti dəfə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti seçilib - FOTOLENT
# 18 noyabr 2021 12:48 (UTC +04:00)

Azərbaycan Üzgüçülük Federasiyasında (AÜF) hesabat-seçki konfransı keçirilib.

Apasport.az saytının məlumatına görə, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Seçkidə 2012-ci ildən AÜF-in prezidenti vəzifəsini icra edən Xanlar Fətiyev yenidən qurumun rəhbəri seçilib. O, növbəti 4 ildə də federasiyaya rəhbərlik edəcək.

Elçin Həsənov və Mark Koqanov qurumun vitse-prezidenti, Kamran Nəzərov, Şamil Əbürəhmanov, Azər Babayev və Ziya Bağırzadə isə İcraiyyə Komitəsinə üzv seçiliblər.

Konfransın qonaqları - gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək AÜF-ə uğurlar arzulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR