74 yaşlı tennisçi yenidən korta qayıdır

#
# 12:57
3 may 2021

Amerikalı tennisçi Qeyl Folkenberq karyerasını növbəti dəfə bərpa edir.

Apasport.az saytının məlumatına görə, 74 yaşlı xanım İTF bayrağı altında Floridada təşkil olunacaq yarışın təsnifat mərhələsində gücünü sınayacaq.

O, dünyanın 796-cı raketi Tifani Fike ilə üz-üzə gələcək. Folkenberqin ən yaxşı nəticəsi ötən əsrin 80-ci illərində reytinqdə 343-cü pilləyə qalxmaq olub.

Qarşıdakı görüş tennisçinin 2018-ci ilin aprelindən sonra ilk sınağı olacaq. İlk dəfə karyerasını 1999-cu ildə, 52 yaşında bitirən Qeyl 2011-ci ildə İTF turnirlərinə qayıdıb. Həmin vaxtdan karyerasını bir neçə dəfə dayandıran və sonra bərpa edən Folkenberq 43 maçtda yalnız bir qələbə qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR