Gimnastlarımız Avropa çempionatında daha bir medal qazanıb

#
# 13:49
2 may 2021

Soçidə keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında gənclər arasında çıxış edən Hüseyn Abbasov və Maqsud Mahsudovdan ibarət sinxron cütlük fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Apasport.az saytının məlumatına görə, bununla da yığma komandamızın hesabına qitə birinciliyinin 2-ci medalı yazılıb.

Daha öncə Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə və Tofiq Əliyevdən ibarət millimiz tamblinq yarışında üçüncü pilləyə layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR