İlqar İmamquliyev: “Qarabağ”ı təmənnasız forma ilə təmin etməyə hazırıq”

İlqar İmamquliyev: “Qarabağ”ı təmənnasız forma ilə təmin etməyə hazırıq”
# 02 noyabr 2020 14:09 (UTC +04:00)

“Qarabağ” nəinki Azərbaycan idmanının, bütövlükdə ölkəmizin fəxridir. Çünki 30 ildir yaralı olan regionumuzu təmsil edir və dünyada tanıdır”.

Bunu apasport.az saytına Azərbaycanın ilk və yeganə idman brendi “İl`Azero”nun rəhbəri İlqar İmamquliyev deyib.

O, “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun feysbuk səhifəsi vasitəsilə paylaşımından sonra yaranan spekulyasiyaya münasibət bildirib.

Ermənilərin Azərbaycan çempionunun geyim tərəfdaşı olan “Adidas” şirkətini bu komanda ilə əməkdaşlığa son qoyması ilə bağlı təzyiqlərinə reaksiya göstərən İmamquliyev deyib ki, onlar Ağdam təmsilçisini təmənnasız forma ilə təmin etməyə hazırdırlar: “Ermənilərin dünyaca məşhur brendlərə üz tutub “Qarabağ”la əməkdaşlığı kəsmək istəməsi spekulyasiyadan başqa bir şey deyil. Bu cür peşəkar brendlər belə spekulyasiyalara heç vaxt uymaz. İstənilən halda, “Qarabağ” heç vaxt gözəl idman geyimsiz qalmayacaq. Biz Azərbaycanın ilk idman geyim brendi olaraq “Qarabağ” klubunun aşağı yaş qruplarından tutmuş əsas komandasına qədər tam təmənnasız ən yüksək keyfiyyətdə və ən gözəl dizaynda tərtib olunmuş geyimlərlə təmin etməyə hazırıq. Bu bizim mənəvi borcumuzdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR