Şəfəq Hüseynli: "Artıq AMADA-ya təzyiqlər yoxdur"

Şəfəq Hüseynli: "Artıq AMADA-ya təzyiqlər yoxdur"
# 26 dekabr 2019 12:36 (UTC +04:00)

"Federasiyalar tərəfindən bu il təzyiqlərlə qarşılaşmamışıq. Bu, ötən il olmuşdu, amma artıq elə bir şey yoxdur".

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) baş direktoru Şəfəq Hüseynli deyib.

O, ilin yekunları bağlı keçirilən mətbuat konfransında bildirib ki, əvvəlki illərlə müqayisədə artıq hansısa federasiya tərəfindən təzyiqlər olmur: "Təzyiqlərimiz çox idi. Bunu mətbuata açıqladıqdan sonra dayandı. Hətta keçən il bunu açıqladıqdan sonra bir neçə federasiya rəsmisi narahat oldu. Zəng edərək, həmin idman növündə belə halın yaşanıb, yaşanmamasını soruşdular. Artıq belə şey yoxdur".

Onun sözlərinə görə, bir idmançı il ərzində 2 dəfə qayda pozuntusu etdiyi üçün 12 illik diskvalifikasiya edilib. Lakin həmin atlet apelyasiya şikayəti verdiyindən adı və idman növü açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR