Yaponiya İmperatoru Azərbaycanın 2 veteran cüdoçusunu ordenlə təltif edib

#
# 10:13
29 aprel 2021

Yaponiya hökuməti tərəfindən “2021-ci il xarici vətəndaşlar üçün orden yaz kateqoriyası” üzrə Azərbaycandan 2 nəfərin ordenlə təltif olunması qərara alınıb.  

Yaponiyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, Kanokan-TT Peşəkar Cüdo İdman Klubunun prezidenti Tərlan Həsənov və paralimpiya cüdosu üzrə Azərbaycan yığma komandasının keçmiş baş  məşqçisi Əhməddin Rəcəbli Gümüş Şüalı Gündoğar Ordeni (The Order of the Rising Sun, Silver Raysilə təltif olunublar.

T. Həsənov Azərbaycanın ilk cüdoçularından biri olaraq, 1972-ci ildən bəri  Azərbaycanda cüdo üzrə məşqçi kimi çalışıb, 100 nəfərdən çox olimpiya idmançısı daxil çoxsaylı  istedadlı cüdoçular, 3 beynəlxalq dərəcəli cüdo hakimi, çoxsaylı cüdo məşqçiləri yetişdirib.   Azərbaycanda cüdo məşqçisi olaraq ən uzun müddət fəaliyyət göstərən şəxslərdən biri kimi, cüdonun  inkişafına əvəzsiz töhfə verib.

Ə. Rəcəbli Azərbaycanda cüdonun yayılmasının ilk günlərindən fəaliyyət göstərərək, cüdo məşqçisi  kimi 500 nəfərdən çox cüdoçu yetişdirib. Paralimpiya cüdosu üzrə ikiqat qızıl medal sahibi İlham  Zəkiyevin 2004-cü il Afinada baş tutmuş XII Yay Paralimpiya Oyunları və 2008-ci il Pekində keçirilmiş Yay Paralimpiya Oyunlarında 100 kq çəki dərəcəsində qızıl medal qazanmasında əvəzsiz rol  oynayıb və bununla Azərbaycanda paralimpiya cüdosunun yayılmasına böyük müsbət təsir göstərərək,  ölkədə cüdo və paracüdonun inkişafına əvəzsiz töhfə verib.

Xarici vətəndaşlar üçün orden Yaponiya ilə dostluq əlaqələrinin inkişafında diqqətəlayiq əməyi olmuş  xarici vətəndaşlara Əlahəzrət İmperatorun adından təqdim olunur. Bu, 2016-cı il “Payız kateqoriyası”  üzrə “Geniş lentli Gündoğar Ordeni” Grand Cordon of the Order of the Rising Sunilə təltif olunan  sabiq Baş nazirin müavini Abid Şərifovdan sonra növbəti ordenlərdir. 

Növbəti olaraq, Yaponiyanın Azərbaycandakı səfiri tərəfindən orden sahiblərinin ordenlə təltif  olunması və ordenlə bağlı diplomun təhvil verilməsi üçün təltifetmə mərasiminin keçirilməsi  planlaşdırılır.  

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR