Allahşükür Paşazadənin həyatından bəhs edən bədii-sənədli film çəkilib

Allahşükür Paşazadənin həyatından bəhs edən bədii-sənədli film çəkilib
# 07 mart 2007 13:54 (UTC +04:00)
Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin həyat və yaradıcılığını əks etdirən bədii-sənədli filmin çəkilişləri başa çatıb. Bu barədə APA-ya filmin ssenari müəllifi və rejissoru Ələkbər Muradov məlumat verib. “Anamın duaları” adlı filmin çəkilişləri Masallı rayonunun kəndlərində, eləcə də şeyxülislamın təhsil aldığı Daşkənd, Səmərqənd, Buxara şəhərlərində aparılıb. Filmdə A. Paşazadənin uşaq obrazını dördüncü sinif şagirdi İbrahim Quliyev, gənclik illərini isə özbək aktyor Musabek Saleyev oynayıb. Filmdə Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini icmaların rəhbərləri ilə yanaşı, Buxaranın dini müşaviri, Özbəkistanın baş müftisinin çıxışları da yer alıb. “Lider” televiziyasının “Azərbaycan” redaksiyasında istehsal olunan bir saat əlli dəqiqəlik filmdə 74 minə yaxın kadrdan istifadə edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR