Allahşükür Paşazadə: “Xaricdən narkotik maddələrin gətirilməsi və genefondumuza ağır zərbə vurulması xüsusi hazırlanmış siyasətdir”

Allahşükür Paşazadə: “Xaricdən narkotik maddələrin gətirilməsi və genefondumuza ağır zərbə vurulması xüsusi hazırlanmış siyasətdir”
# 15 mart 2007 09:57 (UTC +04:00)
APA-nın cənub bürosunun məlumatına görə, martın 14-də axşam Lənkəran Dövlət Dram Teatrında dini icmaların və məscidlərin nümayəndələri ilə görüş keçirilib. Görüşdə çıxış edən H. Orucov bildirib ki, aparılan müşahidələrə əsasən regionda dini durum sabitdir, dövlət bu istiqamətdə düzgün siyasət yürüdür və tolerantlıq nümayiş etdirir: “Lakin bununla belə, fərqli və zərərli niyyətlər də müşahidə olunur ki, onların heç bir perspektivi yoxdur”. H. Orucovun sözlərinə görə, milli-mənəvi dəyərlərin cəmiyyətdə düzgün təbliğ olunması daha da gücləndirilməlidir. O, ucqar dağ kəndlərində azyaşlı qızların erkən ərə verilməsindən narahat olduğunu da söyləyib. Şeyxülislam Hacı Allahşükür Paşazadə isə çıxışında Azərbaycanı güclü dövlət kimi görmək istəməyən bir sıra ölkələrdən respublikamıza narkotik maddələrin gətirilməsi və bununla genefondumuza ağır zərbə vurulmasının xüsusi hazırlanmış siyasət olduğunu qeyd edib. QMİ sədrinin sözlərinə görə, müxtəlif yollar və vasitələrlə Azərbaycana tiryək keçirilir ki, bu da əhalini narkotik maddələrə aludə etmək məqsədi daşıyır.
Komitə sədri və şeyxülislam Astarada və Lerikdə də analoji görüşlər keçiriblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR