Şeyxülislam Misirə səfər edəcək

Şeyxülislam Misirə səfər edəcək
# 24 mart 2007 11:21 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə martın 27-də Misirə səfər edəcək. QMİ-dən APA-ya verilən məlumata görə, Şeyxülislam Misirdə “İslam aləminin problemlərinin qlobalaşan dünyada həlli” mövzusunda beynəlxalq konfransda iştirak edəcək. A. Paşazadə bu səfəri çərçivəsində beynəlxalq konfransa qatılmış din xadimləri ilə də görüş keçirəcək.
Qeyd edək ki, bu konfrans Misir prezidenti Hüsnü Mübarəkin dəstəyi ilə təşkil olunub./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR