Əli Bayramlıda Məhəmməd Peyğəmbərin mövlud günü qeyd olunub

Əli Bayramlıda Məhəmməd Peyğəmbərin mövlud günü qeyd olunub
# 02 aprel 2007 10:00 (UTC +04:00)
Əli Bayramlıda Məhəmməd Peyğəmbərin (s) mövlud günü qeyd olunub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, aprelin 1-də şəhər mədəniyyət sarayında “Nur” Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə Məhəmməd Peyğəmbərin (s) mövlud günü münasibəti ilə həyata keçirilən möhtəşəm tədbirdə bölgənin dindarları, ictimaiyyət və İslam Partiyasının nümayəndələri iştirak edib. İslam Partiyasının sədri Hacı Hacıağa Nuri bildirib ki, Məhəmməd Peyğəmbərin (s) mövludu münasibəti ilə Azərbaycanda elan olunan “Vəhdət həftəsi”nin ilk tədbiri Əli Bayramlı şəhərində keçirilir. Mövlud bayramında dini məktəbin tələbələri Peyğəmbəri (s) vəsf edən şerlər oxuyublar. “Fərəc” ilahiyyat mahnıları qrupu isə Peyğəmbərin (s) şərəfinə həsr olunmuş ilahi mahnılar ifa ediblər. Sonda İslamın inkişafında rolu olmuş şəxslərə “Nur” Xeyriyyə İctimai Birliyinin təsis etdiyi mükafatlar təqdim edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR