“Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəklik və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfrans başa çatıb

“Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəklik və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfrans başa çatıb
# 04 aprel 2007 12:19 (UTC +04:00)
“Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəklik və perspektivlər” mövzusunda aprelin 3-dən başlamış beynəlxalq konfrans bu gün öz işini yekunlaşdırıb. APA-nın məlumatına görə, konfransın sonunda qətnamə qəbul olunub. Qətnamədə Azərbaycanda dini tolerantlığın mövcud olduğu və ayrı-ayrı dini təriqətlərə mənsub şəxslərin azad fəaliyyət göstərdiyi qeyd edilib. Sənəddə Azərbaycanda dini tolerantlığa yalnız ermənilərin işğal siyasətinin kölgə saldığı vurğulanıb. İşğal nəticəsində Dağlıq Qarabağda ermənilərin monoetnik qurum yaratdıqları, tarixi dini abidələri məhv etdikləri və saxta tarix yaratdıqları bildirilib. Konfransdan sonra Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov mətbuat konfransı keçirib. Tədbirin yüksək səviyyədə keçdiyini bildirən komitə sədri dünyanın bir çox ölkələrindən qonaqların, Azərbaycanda yaşayan müxtəlif dinlərin təmsilçilərinin konfransa qatıldığını qeyd edib. Onun sözlərinə görə, tədbirdə 60-dan çox məruzə dinlənilib. H. Orucov konfransın materiallarının çap olunması və saytının yaradılması barədə qərarın qəbul olunduğunu bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR