"Xıdır-Zində" ibadətgahı qarşısındakı vəziyyət ziyarətçilərin narazılığına səbəb olub

"Xıdır-Zində" ibadətgahı qarşısındakı vəziyyət ziyarətçilərin narazılığına səbəb olub
# 12 aprel 2007 11:46 (UTC +04:00)
Azərbaycanın məşhur ziyarətgahlarından olan "Xıdır-Zində" ibadətgahı qarşısındakı vəziyyət ziyarətçilərin narazılığına səbəb olub. Ziyarətçilərin APA-nın şimal bürosuna verdikləri məlumata görə, ibadətgahda inşa edilmiş məscidin təmirə ehtiyacı var. İbadətgahın ətrafında təmizlik işləri aparılmır.
Qafqaz Müsəlmanları Ruhani İdarəsinin ibadətgahdakı əsas nümayəndəsi Rza Xalıqov APA-nın şimal bürosuna açıqlamasında məsçiddə 300 min ABŞ dolları dəyərində tikinti-quraşdırma işləri aparılacağını söyləyib: “Burada istifadə olunan mərmər Uraldan gətirilir. Sadəcə, bəzək işlərinin xırdalığına və vəsait çatışmazlığına görə bəzən iş ləngiyir”. R. Xalıqov bildirib ki, bu işlər ibadətgahda toplanmış nəzirlər hesabına aparılır: “Həmin nəzirlərdən rayondakı Qarabağ əlillərinə, kimsəsizlərə də yardım edirik ". R. Xalıqov ibadətgahın qarşısında antisanitariya yaradan kommersiya obyektlərinin onlara aidiyyatı olmadığını da vurğulayıb. Nümayəndə gün ərzində nəzir qutularında yığılan vəsaitin kimlərin iştirakı ilə açılması və hara xərclənməsi barədə suala cavab verməyib: “Elə şeylər var ki, mən onları açıqlaya bilmərəm ". /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR